Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03.05.2017-ci il tarixli 1361 №-li Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə imzalanmış, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Nərimanov RİH başçısının 2017-ci il 27 iyul tarixli 320 nömrəli Sərəncamına uyğun olaraq, Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol RİH-in aşağıda göstərilən vəzifəli şəxsləri tərəfindən tərtib edilir:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə- Nərimanov RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri;
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 197.1 və 197.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri;
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 251.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə - başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, RİH başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri, başçının inzibati ərazi dairələri üzrə nümayəndələri;
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 413, 451 və 516.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, onun müavini (dini qurumlar üzrə təşkilatçı);
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527, 530 və 532-ci maddələrində nəzərdə tutulmuş xətalar haqqında işlər üzrə - başçının birinci müavini, başçının müavinləri.
Nərimanov RİH başçısının müvafiq Sərəncamı ilə tam şəkildə, daxil olduğunuz rəsmi internet səhifəsinin (www.narimanov-ih.gov.az) “Qanunvericilik” bölməsinin “Fərman və Sərəncamlar” alt bölməsində tanış olmaq mümkündür.