Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda tədbir keçirilib

23 oktyabr 2017 | 16:00

Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda tədbir keçirilib.

23 oktyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda məktəblilər arasında inşa – yazı və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Samir Kazımov, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin müəllim və şagird heyəti iştirak etmişdir.

Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov tədbir iştirakçılarını salamladı, qalib gəlmiş şagirdləri təbrik etdi və sürətlə inkişaf edən müstəqil respublikamızda sağlam cəmiyyətin qorunub saxlanılmasını daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu bildirdi. Qeyd etdi ki, bu ümumbəşəri bəla ilə mübarizə istiqamətində respublikamızda ciddi tədbirlərin görülmüşdür. 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirmiş, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nı təsdiq etmişdir.

Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Samir Kazımov narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə vurduğu fəsadlardan söz açdı. Natiq narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulamış, gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışdır.

Daha sonra inşa-yazı və rəsm müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

Keçidlər