Nərimanov rayonunda Qurban Bayramı qeyd edilmişdir
25 oktyabr 2012-ci il tarixində müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Həmişə olduğu kimi, İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi veteranlarına, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, Qarabağ müharibəsi və Çernobıl qəzası əlillərinə, uşaq və tələbə, 20 yanvar əlillərinə və şəhid ailələrinə, rayonun ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə, əlillərə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban bayram sovqatı paylanılmışdır.
Həmçinin rayonun ərazisində yerləşən “Çanaqqala” restoranında “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə 180 nəfər əlilə ərzaq yardımları verilmişdir. Tanınmış incəsənət ustalarının ifası ilə müşayiət olunan konsert proqramı qayğıya ehtiyacı olan bu qəbildən olan şəxslər tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbir Azərbaycan Televiziyasında işıqlandırılmışdır.