Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına start verildi

30 oktyabr 2017 | 16:00

Nərimanov rayonunda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına start verildi.

30 oktyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin müzakirəsinə həsr edilmiş Nərimanov rayon gənclərinin toplantısı keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri və 60 nəfər fəal gənc iştirak etmişdir.

Toplantını giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov gəncləri salamladı və tədbirin məqsədini nəzərə çatdırdı. N.Novruzov qeyd etdi ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanmışdır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi Prezident İlham Əliyevin ölkə gənclərinə daha bir hədiyyəsi, eyni zamanda, həyata keçirilən dövlət gənclər siyasətinin məntiqi davamıdır. Bu proqram gənclərin yeni dövrün çağırışlarına adekvat inkişafını hədəfləməklə yanaşı, həm də gənclər qarşısında bir sıra mühüm vəzifələr də müəyyənləşdirir. Proqram bir neçə fəsildən ibarətdir, Azərbaycan gənclərinin təklif və tələblərini, ölkə gənclərinin maraq dairəsini əks etdirən bir sənəddir. Natiq vurğuladı ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi Dövlət Proqramından irəli gələn məsələlərin və tədbirlərin icrasını gənclərin iştirakı və bilavasitə onların təşkilatçılığı ilə həyata keçirəcəkdir.

Sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev qeyd etdi ki, Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclər siyasəti, elm və texnologiyanın inkişafı yeni yanaşmalar tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanan yenidənqurma işləri, xüsusən də iqtisadi islahatlar ölkənin bir sıra sahələrində olduğu kimi, gənclər və elm siyasətlərinə də yeni həyat verdi. “Əsrin müqaviləsi” ilə təməli qoyulan inkişaf sonralar Prezident İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirildi. Bu gün qloballaşma dövründə Azərbaycan dövlətinin milli maraqlara və dəyərlərə əsaslanan gənclər siyasəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının imzalanması ilə yeni inkişaf mərhələsinə doğru irəliləyir. Yeni dövlət proqramı 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir.

Daha sonra çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov, “Bakı Avrasiya” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Elməddin Məmmədov, Bakı Humanitar Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəzadə və Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Ədalət Tağıyev vurğuladılar ki, Dövlət proqramının icrasından gözlənilən nəticələri, o cümlədən gənclərin intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və digər mühüm məsələləri yaxşı dərk edirik. Göründüyü kimi, gəncləri elmimizin inkişafında həm iştirakçı, həm də ondan bəhrələnən potensial nəsil kimi yetişdirməyə çalışırıq.

Sonda Dövlət Proqramı ətrafında müzakirələr aparıldı, gənclər tərəfindən təkliflər verildi və tədbirlər planı hazırlandı.

Keçidlər