Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov parkında tezliklə “Pulsuz Wi-Fi” şəbəkəsi istifadəyə veriləcək.

31 oktyabr 2017 | 16:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətin əhatə dairəsi genişlənir. “Pulsuz Wi-Fi” şəbəkəsi tezliklə Bakının Nərimanov parkında da istifadəyə veriləcək.

Qeyd edək ki, indiyədək “İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” (Fashion Avenue) parklarında da aktiv edilib.

Keçidlər