Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon gəncləri Qurban bayramı ilə əlaqədar 2 saylı internat məktəbində olmuşlar.

26 oktyabr 2012 | 15:00

25 oktyabr 2012-ci il tarixdə “Qurban Bayramı” münasibəti ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi Nərimanov rayonunda fəaliyyət göstərən “Bakı Avrasiya” Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri ilə birlikdə Heydər Əliyev Fondunun nəzdində olan 2 saylı internat məktəbində uşaqlar üçün bayram tədbiri təşkil edilmişdir. Tədbirdə uşaqlar üçün süfrə açılmış, konsert proqramı təşkil edilmiş, balacalar üçün müxtəlif intellektual oyunlar, viktorinalar, yarışlar təşkil edilmiş, uşaqlara müxtəlif hədiyyələr paylanmışdır. Bu bayram tədbirində iştirak etmiş 100 nəfərdən artıq uşaqlara tələbələr şən əhval-ruhiyyə bəxş etməyə çalışıblar.

Keçidlər