Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar rayon tədbiri keçirilmişdir.

19 yanvar 2018 | 16:00

Nərimanov rayonunda 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar rayon tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “20 yanvar  faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında göstərildiyi bildirilmişdir. Tədbirdə çıxış edən “20 Yanvar fondu”nun sədri 20 Yanvar şəhidi Əliyusif Qocamanovun qızı Maral Zamanova o dəhşətli gecə ilə bağlı öz xatirələrini danışdı. 20 Yanvar əlilləri adından çıxış edən Rövşən Yusifov Azərbaycan xalqının qəhrəmanlığından  danışaraq Dövlətin göstərdiyi qayğıya görə cəmiyyət üzvləri adından öz minnətdarlığını bildirmişdir. Sonra 20 Yanvar  şəhid ailərinə və əlillərinə yardım göstərilmişdir.

 

Keçidlər