Şriftin ölçüsü :

Saytın rəngi :

Reqbi üzrə “9 noyabr – Dövlət Bayrağı Günü”nə həsr olunmuş açıq kubok yarışı keçirilmişdir.

06 noyabr 2012 | 16:00

3-4 noyabr 2012-ci il tarixdə Nərimanov rayon ərazisində yerləşən Azərbaycan Dəvlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda reqbi üzrə “9 noyabr – Dövlət Bayrağı Günü”nə həsr olunmuş açıq kubok yarışı keçirilmişdir. Turnirdə yerli komandalarla yanaşı qonşu Rusiya və Gürcüstan Respublikalarının komandaları da iştirak etmişdir. 3 noyabr 2012-ci il tarixdə Tedbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsınin rəis müavini Rəşad Əliyev, Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəis müavini Pirəli Rəhimov, “Makkabi – Azərbaycan” klubunun prezidenti S.İxilov, “Tissa – Titans” şirkətlər qrupunun numayəndəsi C.Konri və başqaları iştirak etmişdir. Mərasimdə iştirak edən qonaqların çıxışından sonra dövlət himnimiz səslənmiş və ilk oyunlar keçirilmişdir.
4 noyabr 2012-ci il tarixdə isə turnirin final oyunları və mükafatlandırma mərasimi keçirilmişdir. Yekun nəticələrə əsasən Gürcüstan Respublikasının “Devebi” komandası 1-ci, Rusiyan Federasiyasının “Moskov Dragons” komandası 2-ci, Azərbaycan Respublikasının “Neftçi” komandası isə 3-cü yeri tutmuşdur. Qalib komandalar tışkilatçılar tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Tədbir kütləvi informasiya vasitələrində, o cümlədən bir – neçə televiziya kanalında geniş işıqlandırılmışdır.
Eyni zamanda tədbirin yüksək səviyyədə təşkilində Nərimanov Rayon Gənclər və İdman idarəsi və Azərbaycan Reqbi Federasıyasınin xüsusi dəstəyi olmuşdur.
 

Keçidlər