Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümü qeyd edilib.

23 fevral 2018 | 16:00

Nərimanov rayonunda  26 fevral - Xocalı soyqırımının 26-cı ildönümü  qeyd edilib.
23 fevral 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda Nərimanov rayon məktəbliləri arasında inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Turizm və Menecment Univetsitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri Fidan İmranlı, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin müəllim və şagird heyəti iştirak etmişdir.
Tədbirdə ilk öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov tədbir iştirakçılarını salamladı, qalib gəlmiş şagirdləri təbrik etdi və bildirdi ki, o gecə mühasirəyə alınan Xocalıda qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613 düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Sonra çıxış edən aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Turizm və Menecment Univetsitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev və digər natiqlər qeyd etmişlər ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğulamışdır. Bu gün bu işlər prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Həmçinin faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti barədə məlumat verilmişdir.
Daha sonra Xocalı faciəsini əks etdirən video rolik nümayiş etdirildi.
Sonda inşa-yazı və rəsm müsabiqələrində fərqlənmiş və qalib gəlmiş şagirdlər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müxtəlif dərəcəli diplom və hədiyyələr ilə təltif olunublar.

Keçidlər