Nərimanov rayonunda Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Nərimanov rayonunda Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
01 mart 2018-ci il tarixdə “Premier Expo” otelində Bakı Şəhər Gənclər və idman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirak təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədi ilə gənclər , xüsusi ilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün Azərbaycanda növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək “Uğurlu gələcəyinə səs ver!” rayon gənclərinin görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri İndira Hacıyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 18 saylı Nərimanov – Nizami Dairə Seçki Komissiyasının sədri İslam Muradov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və 110 nəfər ilk dəfə səs verəcək gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq 11 aprel 2018-ci il tarixdə Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan VIII rəsmi ümumilli seçkisidir. Nərimanov rayonunda 177 nəfər gənc aprel ayının 11də ilk səs vermə hüququ qazanmışdır. N.Novruzov vurğuladı ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri İndira Hacıyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev çıxış edərək söylədilər ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Nərimanov rayonunun seçicilərinin bu işdə də aktiv olub öz gələcəyinə səs verəcəklərindən əminliklərini bildiriblər və gəncləri 11 apreldə fəal olmağa, Prezident seçkilərində səs verməyə çağırıblar.
Daha sonra çıxış edən 18 saylı Nərimanov – Nizami Dairə Seçki Komissiyasının sədri İslam Muradov seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışıb. İ.Muradov seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.
Gənclər adından çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəsul Həşimov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri İlkin Həsənov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev və digər gənclər qeyd etdilər ki, bu gün müstəqil Azərbaycanda gənclərinin cəmiyyətdəki yeri və rolundan, Cənab Prezidentin gənclərimizə olan diqqət və qayğısına ən bariz nümunə kimi son dövrlərdə ölkənin müxtəlif idarəetmə orqanlarında yüksək vəzifələrə, yüksək intelekt və nümunəvi savada, biliklərə malik olan gənclərin yerləşdirilməsindən danışdılar, həmçinin qarşıdan gələn Prezident seçkilərində də gənclərin yaxından və fəal iştirak edəcəklərini, digər gənclərin də bu prosesə könüllü qismində cəlb olunması yönündə əllərindən gələni əsirgəməyəcəklərini söylədilər.
Sonda ilk dəfə səs verəcək gənclərin seçki ilə bağlı maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.