Nərimanov rayon gəncləri “9 noyabr – Dövlət Bayrağı Günü”nü təntənəli şəkildə qeyd etmişlər.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur. Məhz bu məqsədlə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının iştirakı ilə 9 noyabr 2012-ci il tarixdə S.Xasıyev adına mədəniyyət və istirahət parkında “9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə “Hərəyə bi bayraq” şüarı altında aksiyası təşkil edilmişdir. Aksiyada Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəal tələbələri öz əl işlərini nümayiş etdirmiş, “Odlar Yurdu” Universitetinin istedadlı tələbələri musiqi proqramı ilə tədbirə rəngarənglik qatmışdır. Aksiya zamanı iştirakçılara tələbə-gənclər təşkilatların üzvləri Azərbaycan Respublikasının üç rəngli bayraqlarını paylamışdılar.
Tədbirin sonunda «9 noyabr – Dövlət Bayrağı Günü» münasibəti ilə Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “Mənim bayrağım” adlı şeir müsabiqəsində fərqlənmiş şagirdlər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılmışdır.