Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib

10 may 2018 | 16:00

Həştərxanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib

Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər planı çərçivəsində may ayında bir sıra tədbirlər, o cümlədən Heydər Əliyev adına 11 saylı orta məktəbində açıq dərslər,  görüşlər, dəyirmi masa və sair anım mərasimləri baş tutmuşdur.
Həyata keçirilmiş bir sıra tədbirlər çərçivəsində 10 may 2018-ci il tarixində Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı orta məktəbdə baş tutan anım mərasimində  Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşid Ağayev, Həştərxanda Azərbaycan diasporasının rəhbəri Ədalət Hüseynov, məktəbin direktoru Tatyana Tixomirova, AMOR-un Həştərxan bölməsinin nümayəndələri, məktəbin müəllim və şagirdləri, Azərbaycan diasporunun nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdən öncə məktəbin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyulub.
Mərasimin əvvəlində iştirakçılar Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu Öndərin əvəzsiz rolundan danışmışlar.
Qeyd olunub ki, Həştərxanda keçirilən tədbirlər ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın sübutudur.

Keçidlər