Şriftin ölçüsü :

Saytın rəngi :

10 may 2018-ci il tarixdə YAP Nərimanov rayon Qadınlar Şurası ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirmişdir.

10 may 2018 | 16:00

10 may 2018-ci il tarixdə YAP Nərimanov rayon Qadınlar Şurası ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirmişdir.

Tədbirdə YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Azərbaycan Dövlət Pedaqoji Kollecinin prorektoru Məhbubə Məmmədova, İdarə heyətinin üzvləri və fəal qadınlar iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova ulu öndər Heydər Əliyevin Azərbaycanın çətin zamanlarda xilaskarı olduğunu və dahi şəxşiyyətin apardığı uğurlu siyasət nəticəsində hazırda Azərbaycanın regionun ən qüdrətli dövləti olduğunu vurğulayıb. Həmçinin Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində əvəzedilməz rol oynadığını qeyd edib.
Sonra Ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video-rolik qonaqlara təqdim olunub.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin prorektoru Məhbubə Məmmədova nitq söyləyərək bildirib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğurunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
7 saylı uşaq Yoluxucu Xəstəxanasının baş həkimi Mehriban İsayeva çıxış edərək dahi şəxsiyyət və siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan geniş söhbət açıb. Eyni zamanda bu gün Azərbaycanın güclü dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin ideyaları əsasında dövlət başçısının yorulmaz və məqsədyönlü siyasətinin dayandığını vurğulayıb.
  Tədbirin bədii hissəsində İncəsənət Universitetinin tələbəsi Kazımzadə Ağaəli və 35 saylı musiqi məktəbinin şagirdi Babazadə Cavidanın ifalarında ulu öndər Heydər Əliyevə həsr olunmuş şer və musiqi parşaları səsləndi.
  Sonda xatirə şəkli çəkildi və bununla da tədbir öz işini başa vurdu.

Keçidlər