Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş konfrans keçirilib.

13 iyun 2018 | 16:00

13 iyun 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş konfrans keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov Rayon YAP Gənclər Birliyinin sədri Yusif Babanlı, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının əməkdaşları və fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev tədbir iştirakçılarını salamladı və qarşıdan gələn “15 İyun - Milli Qurtuluş Günü” münasibəti ilə təbrik etdi. T.Tağıyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətn - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.
Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov Rayon YAP Gənclər Birliyinin sədri Yusif Babanlı və digər natiqlər qədirbilən  xalqımızın birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyduğunu, təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb etdiyini, bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu Öndər Heydər Əliyevin belə bir ağır məsuliyyəti üzərinə götürərək müdrik xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində düçar olduğu ağır bəlalardan xilas etdiyini vurğulayıblar.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratmış olduğunu deyən natiqlər, Ulu öndərin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi bazanın yaradıldığını nəzərə çatdırıblar.
Tədbirdə xalqını sonsuz məhəbbətlə sevən Ümummilli Liderimiz Heydər Əliyevin bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etdiyi söylənilərək,  bu gün dahi rəhbərin ölməz ideyalarına sadiq olan dövlətimizin başçısının rəhbərliyi altında müstəqil Azərbaycanın daha da inkişaf edərək dünyanın ən güclü, qüdrətli dövlətləri sırasına çıxaraq, xalqımızın firavan, xoşbəxt gələcəyə və tezliklə böyük zəfərlərə doğru qürurla irəliləyəcəyinə inam ifadə olunub.
Sonda bir qrup gənc Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı tərəfindən Fəxri fərmanlarla təltif olunublar.

Keçidlər