Nərimanov rayonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Nərimanov rayonunda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyəti və Buta Körpələr Evi – Uşaq bağçasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Bağçanın rəhbərliyi və kollektivi, həmçinin valideynlərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçının müavini İradə Mahmudova Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şanlı tarixindən danışmış, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında durmadan güclənən və inkişaf edən ordumuzun ölkəmizi istənilən təhlükədən qorumaq iqtidarında olduğunu vurğulamışdır.
Tədbir uşaqların ifasında Silahlı Qüvvələrə həsr olunmuş ədəbi-bədii kompoziyalarla, musiqi parçaları və şeyirlərlə davam etmişdir.