Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

16 iyul 2018 | 16:00

Nərimanov rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2018-ci il iyulun 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.

16 iyul 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsində toplaşan çağırışçı gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə yola salınırlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon gənclərinin hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Qəşəm Mahmudov hərbi xidmətə yola salınan gəncləri təbrik etmişdir. O, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır. Q.Mahmudov əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirdiyini bildirmiş, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də mənəvi vəzifə kimi səciyyələndirmişdir.

Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etmişdir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Çağırışçı gənclər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şərəflə vətənin müdafiəsinə, işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsinə hazır olduqlarını bildirirlər.

Keçidlər