Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxanda Ulu Öndər H.Əliyev adına məktəbdə Azərbaycan Konstitusiya günü ilə əlaqədar tədbirlər keçirilmişdir.

13 noyabr 2012 | 16:00

Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Ümummilli lider Heydər Əliyev adını daşıyan 11 saylı məktəbdə Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar xüsusi dərslər keçirilmişdir.
Qeyd olunan dərslər məktəbin rəhbərliyi, Həştərxandakı Azərbaycan diasporası və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.
Məktəbdəki xüsusi dərslər zamanı 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk konstitusiyası haqqında, onun tarixi və inkişafı yolunda atılmış addımlar barədə geniş məlumat verilmişdir.
Şagirdlər təşkil olunmuş dərslərdən və Azərbaycan Respublikasının Konstitusiyası haqqında əldə etdikləri bilgilərin dəyərliliyindən məmnun qalmışlar.
 

Keçidlər