Həştərxanda Milli Dirçəliş günü qeyd edilmişdir.
Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Ümummilli lider Heydər Əliyev adını daşıyan 11 saylı məktəbdə Azərbaycanda qeyd edilən Milli Dirçəliş günü ilə bağlı xüsusi dərslər keçirilmişdir. Dərslər məktəbin rəhbərliyi, Həştərxandakı Azərbaycan diasporası və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Dərslərdə 17 noyabr - Milli Dirçəliş günü haqqında ətraflı məlumat verilmiş, həmin günün Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində mühüm mərhələ kimi olduğunu və bu mübarizənin 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə nəticələndiyini bildirilmişdir. Həmçinin, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə müstəqilliyinin dönməz və əbədi xarakter aldığını vurğulanmışdır.
Sözügedən məktəbin Azərbaycana olan xüsusi maraqları nəzərə alaraq, məktəbin şagirdləri ölkəmizlə bağlı oxşar tədbirlərin mütəmadi şəkildə keçirilməsini təklif etmişlər.