Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Qarabağ qaziləri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.

17 oktyabr 2018 | 16:00

Nərimanov rayonunda Qarabağ qaziləri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.

17 oktyabr 2018-ci il tarixdə "ABU" Arenada Nərimanov Rayon İcra Hakimiyyətinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Qarabağ Qaziləri” Amputant Futbol Federasiyasının birgə təşkilatçılığı ilə "18 oktyabr - Müstəqillik günü" münasibəti ilə Qarabağ qaziləri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Fikrət Hüseynov, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Rəşid Ağayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Qarabağ müharibəsi veteranları, KİV nümayəndələri, rayon ictimaiyyəti və fəal gənclər iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Fikrət Hüseynov, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Rəşid Ağayev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov çıxış edərək idmançılara uğurlar arzulayıblar və bildiriblər ki, hər bir xalqın tarixində onun azadlığı, müsəqilliyi, inkişafı uğrunda misilsiz xidmətləri olan tarixi, bəşəri şəxsiyyətləri vardır. Qeyd ediblər ki, Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyev öz ömrünü Vətəninin, xalqının gələcəyinə, onun suverenliyinə, dövlətçiliyinə həsr etmiş böyük şəxsiyyətdir. Məhz Ulu Öndərin həyata keçirdiyi və bizlərə miras buraxdığı daxili və xarici siyasət nəticəsində Azərbaycan günü – gündən inkişaf edir, öz qapılarını qonşulara, dostlara açır. Heydər Əliyevin xarici siyasət fəlsəfəsinin əsas qayəsini təşkil edən qardaşlıq, dostluq, bərabər inkişaf və qarşılıqlı əlaqələrin baris nümunəsinə bu gün burada hamılıqla şahidi oluruq. İndi də bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan torpaqlarının 20 faizinin erməni qəsibkarları tərəfindən işğal olunduğunu və müharibə nəticəsində bir çox soydaşımızın öz həyatlarını və sağlamlıqlarını itirdiklərini qeyd edən natiqlər vurğulayıblar ki, Azərbaycan höküməti hər zaman Qarabağ şəhidlərinin ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərmişdir, onların sosial problemlərinin həllinə çalışmış, sağlamlığını itirmiş müharibə əlillərinin cəmiyyətə inteqrasiyası istiqamətində əməli addımlar atmışdır. İnanırıq ki, bu yarış da müharibə əlillərinin cəmiyyətdə rolunun daha da artmasına, onların asudə vaxtlarının səmərəli keçirməsinə, idmanla daha yaxından məşğul olmasına öz tövhəsini verəcəkdir.
Daha sonra yarışa start verilib. Azərbaycan Respublikasının Şəhid, Əlil və Veteranlar Birliyinin Təşkiltı tərəfindən Azərbaycanda ilk dəfə olaraq yaradılan fiziki cəhətdən məhdud Horadiz əməliyyatı qəhramanlarından və Aprel döyüşləri iştirakçılarından ibarət “Qarabağ Qaziləri” Amputant Futbol Federasiyasının “Abşeron” və “Xırdalan” komandaları öz güclərini sınayıblar.
Yarışın sonunda təşkilatçılar tərəfindən hər iki komanda mükafatlandırılıb.

Keçidlər