Azərbaycan Gənclərinin VIII Forumuna seçilmiş Nərimanov rayon gəncləri ilə görüş keçirilib
Azərbaycan Gənclərinin VIII Forumuna seçilmiş Nərimanov rayon gəncləri ilə görüş keçirilib
19 oktyabr 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyevin Azərbaycan Gənclərinin VIII Forumuna seçilmiş Nərimanov rayon gəncləri ilə görüşü keçirilib.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəncləri salamladı, “18 oktyabr – Müstəqillik günü”, Azərbaycan Gənclərinin VIII Forumuna seçilmələri münasibəti ilə təbrik etdi və qeyd etdi ki, bu gün bütün sahələrdə inkişafın təməli olan sabitliyin, əmin – amanlığın yaranmasının, müasir dövlətçiliyimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur. Onun bizlərə olan tövsiyyələri xalqımızın milli ideologiyasının və hələ neçə illər gənc nəslin formalaşdırılmasında müstəsna rolu olacaqdır. Təməli Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçiliyimizin tərəqqisi, xalqımızın rifah halının yaxşılaşdırılması, demokratik cəmiyyət quruculuğu, bütün sahələrdə geniş islahatların yolu bu gün də möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam və inkişaf etdirilməsindən söhbət açmışdır. Respublikamızda ilk dəfə 1996-cı ildə keçirilən I Forumda, daha sonra 1999-cu ildə keçirilən II Forumda Ulu Öndərin şəxsi iştirakı və geniş məzmunlu çixişindan sonra Dövlət Gənclər Siyasəti xeyli inkişaf etmiş, gənclərə diqqət və qayğı artmışdır. 2003-cü ildə keçirilən III, 2005-ci ildə - IV, 2008-ci ildə - V, 2011-ci ildə keçirilən VI və 2014-cü ildə - VII forumlarından sonra isə bu inkişaf daha da sürətlənmişdir. Sonra A.Fərzəliyev Azərbaycan Gənclərinin VIII Forumuna rayondan seçilmiş nümayəndələrə uğurlar arzulamışdır.
Görüşdə çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tələbə -Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Asəf Cabbarov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının təlimatçısı Nərminə Yunusova, Bakı Humanitar Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyeva rayon rəhbərinə təşəkkürlərini bildirərək vurğuladılar ki, bu gün gənclərin təhsil alması, sosial təminatı və ölkənin ictimai siyasi həyatında mühüm iştirakı üçün hər cür şərait yaradılıb.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev gəncləri maraqlandıran sualları cavablandırmışdır.
Görüşdə eyni zamanda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak etmişdir.