Nərimanov rayon gəncləri «Qala» Arxeoloji Etnoqrafik Muzey Kompleksində olmuşlar.
17 noyabr 2012-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “17 noyabr-Milli Dirçəliş günü”nün qeyd etmək məqsədi ilə “Bakı Avrasiya” Universitetinin tələbə-gənclər təşkilatının bir qrup fəal üzvləri üçün «Qala» Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil edilmişdir.
2008-ci ildə Heydər Əliyev Fondunun təşbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində açıq səma altında ilk “Arxeoloji Etnoqrafik Muzey kompleksi” yaradılıb. Məqsəd acıq səma altında muzey ilə yanaşı, həm də interaktiv turizm kompleksi yaratmaq olub. Bu muzey kompleksi hələlik ölkəmizdə yeganə etno-turizm obyekti sayılır.
Ekskursiyanın keçirilməsində məqsəd “17 noyabr-Milli Dirçəliş günü”nün geniş qeyd edilməsi, gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, Azərbaycanın tarixini dərindən öyrənilməsi və təbliğ edilməsidir.
Ekskursiya zamanı bələdçi Azərbaycanın tarixindən, Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri haqqında çox geniş məlumat vermiş və gəncləri maraqlandıran sualları cavablandırmışdır.