Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

14 noyabr 2018 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Rayonun bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon sakinlərini salamlayaraq,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirmiş, eyni zamanda, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulamışdır.
  Səyyar qəbulda çıxış edən sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilmiş, onların rəy və təklifləri nəzərə alınmış, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılmış və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilmiş, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilmişdir.
  Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını tələb etmişdir.

Keçidlər