Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici turlara yola salındılar.

18 noyabr 2018 | 16:00

Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici turlara yola salındılar.

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində Nərimanov rayonunun məktəbliləri Gəncə-Şəmkir-Göygöl rayonları istiqamətində yola salındılar.
Mərasimdə rayon, idarə və təşkilat rəhbərləri, müəllimlər, valideynlər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Məktəblilər tur zamanı regionlarımızın tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirəcəklər.
Nərimanov Rayon İcra Hakimiyyətində təşkil olunan mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etmişdir ki, bu gəzintilər ölkəmizin tarixini dərindən öyrətməklə yanaşı, gənclərimizə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağını bildirmiş,  məktəblilərə uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, 4 il ərzində 7 istiqamət üzrə 9 tur-aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə 20254 nəfər iştirak etmişdir. Hal –hazırda baş tutan 10-cu tur aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3190 nəfərin iştirakı nəzərdə tutulmuşdur.
Şagirdlər iştirak edəcəkləri bu tur-aksiyalardan çox faydalanacaqlarını, təşkil olunacaq intellektual və idman yarışlarında uğurlar qazanacaqlarına əminliklərini ifadə etmiş və bu layihənin təşkilinə görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirmişlər.
Tədbirdə 5 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Xalq Çalğı Alətləri Ansamblı öz musiqi nömrələri ilə çıxış etmişdir.
Məktəbliləri yola salan müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar.

Keçidlər