Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir keçirilmişdir.

21 noyabr 2018 | 16:00

“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 2013-cü il iyunun 24 də imzaladığı Sərəncamla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrasını təmin etmək məqsədi ilə Nərimanov rayonunda əlaqədar dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birlikdə keçirilən silsilə tədbirlərin davamı olaraq 21 noyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Bətən Tərbiyəsi və İdman Akademiyasında “Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir keçirilmişdir.
Ali və orta-ixtisas təhsil müəssisələrinin tələbə və müəllim kollektivlərinin iştirakı ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə,  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçuyeva, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə  rayon Komissiyasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan  Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın sədri İradə Mahmudova cari ilin ötən müddəti ərzində Komissiya tərəfindən keçirilmiş profilaktik tədbirlər haqqında və narkotiklərlə bağlı baş vermiş cinayətlərin statistikasından məlumat vermişdir. Narkomaniyanın bütün dünyanı narahat edən problemlərdən biri olduğunu qeyd edərək, narkotik vasitələrə aludəçiliyin cinayətkarlığa, zorakılığa və digər neqativ hallara mühid yaratdığını məhsuldar qüvvələrin inkişafına mənfi təsir göstərdiyini, gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırmasına, ailələrin dağılmasına səbəb olduğu barədə danışmışdır. 2017-2018-ci tədris ilində orta-ixtisas və ali təhsil müəssisələrində “Narkomaniya-gələcəksiz həyat”, “Narkomaniya-intihardır”, “Həyata-hə, narkotiklərə-yox deyirik”, “Xoşbəxt həyatda narkotiklərə yer yoxdur”, “Biz narkotiklərə yox deyib həyatı seçirik”, “Biz sağlam həyat tərzini seçirik”, “Həyat və narkomaniya: yaşamaq yoxsa ölüm”, “Narkotiklərsiz gələcəyə doğru” və digər mövzularda narkomanlığa qarşı maarifləndirici-profilaktik mübarizə tədbirlərin, diskussiyaların keçirildiyi, tam orta məktəblərdə açıq dərslər, rəsm sərgiləri və inşa yazı müsabiqələri, çoxsaylı idman yarışlarının keçirilməsinin təşkil edildiyi, narkomaniyanın fəsadlarını əks etdirən xususi bukletlər paylandığı barədə söhbət açdı.
Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyasının Dövlət Komissiyasının İşçi Qrupunun  rəhbərinin müavini Vasif Quliyev öz çıxışında bu məsələyə dövlət tərəfindən diqqət yetirildiyini, dövlət səviyyəsində keçirilmiş tədbirlər barədə, müsadirə edilmiş və məhf edilmiş narkotik maddələrin,  onların prekursorları barədə  statistik məlumatları bildirdi.
Tədbirdə Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli müəllifi olan ziyanlı vərdişlərə qarşı maarifləndirici mövzulu “Bəla” əsəri barədə məlumat verərək gəncləri həmin filmə baxış keçirilməsinə çagırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə öz çıxışında narkomaniyanın sağlamlığa təsiri, narkotik maddələrin dərmanların tərkibində olduğu və onların həkimin göstərişi olmadan istifadəsinin fəsadları, narkotik maddələrin istifadəçilərin əlamətləri və digər məsələlər barədə ətraflı məlumat vermişdir. “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçuyeva çıxış edərək əhali arasında narkomaniya və onun fəsadlarına qarşı apardıqları təbliqat və profilaktik işlərin qurulması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və idmanın rolu barədə danışmışdır.  tədbirdə çıxış ediblər.
Tədbir zamanı gənclərə narkotik və psixotrop maddələr, onların dövriyyəsi, xüsusən son vaxtlar məktəblilər arasında geniş yayılaraq daha təhlükəli hal alması barədə məlumat verilmiş slaydlar göstərilmiş, maarifləndirici bukletlər paylanılmışdır.

 

Keçidlər