Şriftin ölçüsü :

Saytın rəngi :

Payız ağacəkmə kampaniyası davam edir

24 noyabr 2018 | 16:00

Payız ağacəkmə kampaniyası davam edir

Azərbaycan Prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov Rayon İcra Hakimiyyətinin kollektivi də qoşulub.
Noyabrın 24-də keçirilən ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və KİV nümayəndələri iştirak ediblər. Aksiya zamanı Azadlıq prospekti 146 ünvanında sökülmüş köhnə binanın yerində 500-ə yaxın müxtəlif növ ağac tingi əkilib.
Qeyd edək ki, əkilən ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin tinglik sahəsində yetişdirilib.

Keçidlər