Nərimanov rayon sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlanmış və bu gün geniş vüsət alan Pilot layihələrin icrası uğurla davam etdirilir.
Nərimanov rayon sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində bir neçə il bundan əvvəl başlanmış və bu gün geniş vüsət alan Pilot layihələrin icrası uğurla davam etdirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların icrasının təmin edilməsi istiqamətində Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq işlər görülmüş və bu işlər hazırda da uğurla davam etdirilir.
Əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün birinci növbədə tikinti sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Buna görə də tikinti sektorunda fəaliyyət göstərən iş adamları və sahibkarların fəaliyyəti üçün münbit şəraitin yaradılması bir vəzifə kimi qarşıya qoyulmuş və bu sahənin inkişaf etdirilməsi üçün çox mühüm tədbirlər həyata keçirilmişdir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, onların fəaliyyətinə edilən yersiz müdaxilələrin qarşısının alınması, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi və s. istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər bu gün də uğurla davam etdirilir.
Bununla bağlı Rayon İcra Hakimiyyətinin təşəbbüsünü və təkliflərini nəzərə alaraq Nazirlər Kabineti tərəfindən bu sahədə bir çox mühüm qərarlar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin 9 rayonun, o cümlədən, Nərimanov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər qərara alınmışdır. Qərarda rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması öz əksini tapmışdır. Eyni zamanda Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 ədəd mənzillərdən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulması qərara alınmışdır.
Nazirlər Kabinetinin bu qərarının icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələlərlə həll edilməsi istiqamətində cox mühüm işlər görülmüşdür. Bunun üçün rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış binaları siyahıya alınmış, bərpası mümkün olmayan binaların sökülərək yerində müasir memarlıq üslubunda yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı işlərə başlanılmış və bu istiqamətdə xeyli işlər görülmüşdür. Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına müvafiq olaraq 27 sahibkar tərəfindən 35 ədəd hündürmərtəbəli və çoxmənzilli yaşayış binalarının layihələndirilməsi və inşa edilməsi üçün müvafiq torpaq sahələri ayrılmış və binaları inşa edəcək şirkətlərin istifadəsinə verilmişdir. Sərəncama əsasən yeni yaşayış binalarının inşa ediləcəyi ünvanlar və şirkətlər müəyyənləşdirilmiş, bir sıra ünvanlarda sakinlərlə bağlanmış müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması işləri artıq başa çatdırılmış və tikinti işlərinə başlanılmışdır. Digər ünvanlarda isə müqavilələrin bağlanılması və sakınlərin köçürülməsi işləri davam etdirilir.
Rayonda hazırda 35 ünvanda Pilot layihələr üzrə çoxmənzilli bina tikintisi aparılır. Bu 35 ünvanda yaradılacaq 35 uşaq bağçasında yerlərin sayı 5910-a bərabər olacaqdır.
Belə ki, «Lider-N» MMC, «EVROSTROY-S.S» MMC, «RNQ Group» MMC, «Dostluq-V» MMC, «Rahatlığın Məkanı-Gold» MMC, «Pilot-İnşaat» MMC, «Çinar-Z» MMC, «Araz-2011 A» MMC, «Pearl Construction» MMC, «Baku city» MMC, «Şans» MTK, «Poleks» MMC, «Armoni» MMC, «Bakı Mexanikləşdirmə» ASC, «Pilot-Holdinq» MMC, «Memar Group » «Çarbağ » MMC, «Bina» MTK, «Cavid-2016 inşaat» MMC, «Xəzər-2016 inşaat» MMC, «Qaranti İnşaat 2012» MMC, «Tabriz Residence» MTK şirkətləri tərəfindən Nərimanov rayonu, F.Əsədov, Ə.Dəmirçizadə, Qarabağ, M.Sənani, S.Rəhman, T.Şıxəliyev küçələri, Xətai prospekti və bir neçə digər ünvanlarda yeni binaların inşa edilməsi üçün ərazilərin boşaldılması işləri həyata keçirilir. M.Əlizadə, Kazımzadə, F.Məmmədov, Təbriz və X.Şuşinski küçələrində inşaat işləri ilə məşğul olan MMC-lərlə sakinlər arasında müqavilələrin bağlanılması və onların köçürülməsi prosesi davam etdirilir. Qarabağ küçəsi, T.Şıxəliyev, Ə.Əliyev, S.Rəhman, M.Sənani küçəsi, M.Qaşqay və F.Yusifov küçələrində inşa olunan yeni yaşayış binalarının tikintisinə nəzarət təmin olunur.
İş adamları tərəfindən bu layihələrin həyata keçirilməsi nəticəsində orada yaşayan sakinlər, əvvəlki mənzillərinin sahəsindən 20-30 % artıq olmaqla tam təmirli yeni mənzillərlə təmin olunacaq və tikintinin aparıldığı müddətdə şirkətlər tərəfindən onlara kirayə haqqı ödəniləcəkdir. Yaşayış sahəsinin digər hissəsi və qeyri-yaşayış sahələri satışa çıxarılaraq sahibkarlara xeyli miqdarda gəlir gətirəcək və bu sahənin gələcəkdə də daha da inkişaf etdirilməsi üçün böyük imkanlar yaradacaqdır.
Eyni zamanda, uzun müddətə hesablanmış bu tədbirlərin həyata keçirilməsi nəticəsində heç bir kommunal şəraiti olmayan qəzalı binaların yerində, müasir memarlıq üslubunda yeni yaşayış binaları inşa edilərək rayonumuzun ümumi görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq, rayon sakinlərinin mənzil kommunal problemləri həll ediləcək, tikinti aparıldığı müddətdə yeni iş yerləri yaranaraq, tikinti sektorunun inkişaı üçün sahibkar əlavə dövriyyə vəsaiti əldə ediləcək, vergi gəlirləri hesabına dövlət büdcəsinə xeyli miqdarda vəsait daxil olacaq. Tikinti materiallarının istehsalı və satışında xeyli canlanma yaranacaqdır.
Sakinlərin böyük əksəriyyəti həyata keçirilən bu mühüm dövlət layihəsini dəstəkləyir, onların mənzil kommunal şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdıran bu tədbirləri böyük ruh yüksəkliyi ilə qarşılayırlar.