Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edildi.
Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə İsmayıl Həşimova, Tanziliya Deminaya, Yaqub Məmmədova, Vahid Məmmədova, Şamil Əlimzanova, İbrahim İbrahimova və Svetlana İşməmmədovaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının döş nişanlarını və vəsiqələrini təqdim etdi.
Dövlətimizin başçısı Azərbaycanda idman səhiyyəsinin inkişafında xidmətlərinə görə Esmiralda Ələkbərovaya “Əməkdar həkim” fəxri adının döş nişanını və vəsiqəsini təqdim etdi.
Ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Elşad Nərimanova, Elxan Əliyevə və Ağasəlim Mircavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olundu.
Sonra Prezident İlham Əliyev Elçin Zeynalova “Olimpiya” ordenini təqdim etdi.
Tədbirdə, həmçinin Oktay Mehtiyev, Azər Aslanov, Vüqar Qasımov, Mustafa Əhmədov, Azad Əsgərov və Ceyhun Əşrəfov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif olundular.
Daha sonra Prezident İlham Əliyev 2018-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim etdi.