Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən S.Morozovun rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov rayonunda olub.
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən S.Morozovun rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov rayonunda olub.
19 dekabr 2018-ci il tarixdə Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun rəhbərlik etdiyi nümayəndə heyəti və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən "Dostluq" parkında olublar.
Bildirilib ki, Bakının Nərimanov rayonu ilə Həştərxan şəhəri arasında daima inkişaf edən dostluq əlaqələrinin rəmzi olaraq salınan “Dostluq” adınını daşıyan bu parkın və parkda ucaldılan “Bakı-Həştərxan Dostluq” abidəsinin açılışı 2013-cü ilin oktyabr ayında olub. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb, fəvvarələr, müasir işıqlandırma sistemi, oturacaqlar və uşaqlar üçün əyləncə qurğuları quraşdırılıb.
Qonaqlar sakinlərin sevimli istirahət məkanına çevrilən parkı gəzərək burada yaradılan gözəl şəraitdən məmnun qalıblar.