Respublika Veteranlar Təşkilatının sədri general - polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi münasibətilə tədbir keçirilib.
Respublika Veteranlar Təşkilatının sədri general - polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirilib.
General- polkovnik Tofiq Ağahüseynov milli hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Şöhrət” və “Azərbaycan Bayrağı” ordenləri ilə təltif edilib. Ölkəmizin ictimasi-siyası həyatında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edərək rayon ictimaiyyəti adından yubilyarı təbrik edib, ona can sağlığı, fəaliyyətində uğurlar arzulayıblar.
Hazırda Respublika Veteranları Təşkilatına rəhbərlik edən general- polkovnik Tofiq Ağahüseynovun gənc nəslin düzgün istiqamətləndirilməsində rolu əvəzsizdir.