Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon gəncləri Azərbaycan Müəllimlər İnstitutunda yerləşən Heydər Əliyev muzeyində olmuşlar.

07 dekabr 2012 | 16:00

06 dekabr 2012-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının iştirakı ilə Azərbaycan Müəllimlər İnstitutunda yerləşən Heydər Əliyev muzeyi ziyarət olunmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin anım günü ilə bağlı ziyarətə gələn gənclərə muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Sonra Azərbaycan Müəllimlər İnstitutunun konfrans zalında İnstitutun tələbə-gənclər təşkilatı tərəfindən “Heydər Əliyev fenomeni Azərbaycan gənclərinin qəlbində” mövzusunda tədbir keçirildi. Tədbir zamanı tələbə-gənclər təşkilatının üzvləri Ulu Öndər haqqında öz fikirlərini bildirmiş, Heydər Əliyevə həsr olunmuş mahnı ifa etmişlər. Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyatını əks etdirən film nümayiş etdirilmişdir.
 

Keçidlər