Şriftin ölçüsü :

Saytın rəngi :

5 saylı Şəhər Kliniki Xəstəxanasında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilmişdir.

26 aprel 2019 | 16:00

5 saylı Şəhər Kliniki Xəstəxanasında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilmişdir.

26 aprel 2019-cu il tarixində 5 saylı Şəhər Kliniki Xəstəxanasında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilmişdir.
Tədbirdə YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, rayonun səhiyyə müəssisələrinin rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan xəstəxananın baş həkimi Fazil Məmmədov Zərifə xanımın səhiyyə sahəsində nailiyyətləri, tibb elminin inkişafında göstərdiyi xidmətləri barədə geniş məlumat vermişdir.
Təmraz Tağıyev, İradə Mahmudova böyük alim Zərifə xanım Əliyevanın Ulu Öndər Heydər Əliyevin həyatında ömür gün yoldaşı kimi, Azərbaycan xalqına bəxş etdiyi Prezident İlham Əliyevin formalaşmasında ana kimi rolundan fikirlərini bildirmişlər.
Tədbirdə xəstəxananın nevropatoloq-həkimi Nəzakət Süleymanova, həkim-endoskopist İradə Sadıxova, qəbul şöbəsinin müdiri Ağca  Babayeva, həkim-kordioloq Nurəddin Əhədov çıxış etdilər.
Sonda Zərifə xanım Əliyevanın ömrünü əks etdirən video film nümayiş olundu.

Keçidlər