Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilir.

12 dekabr 2012 | 16:00

Ölkəmiz üçün kifayət qədər mürəkkəb sayılan taleyüklü bir dönəmdə xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən, müasir Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyev bəşəriyyətin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi tarixdə silinməz iz qoymuşdur. Məhz ümummilli liderin əvəzsiz xidmətləri sayəsində həqiqi dövlət müstəqilliyinə qovuşan, dinamik və sürətli bir inkişaf yoluna çıxan Azərbaycan dünyanın siyasət meydanında öz sözünü deyə bilən qüdrətli bir dövlətə çevrildi.
Bütün respublika ərazisində olduğu kimi Nərimanov rayonunda da Ümummilli liderin əziz xatirəsi yad edilir. Rayon ərazisində yerləşən idarə, təşkilatlar, ali və orta təhsil ocaqlarında, səhiyyə müəssisələrində baş tutan tədbir və konfranslarda Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı tarixi xidmətləri, ölkənin inkişafı, xalqın firəvan həyatı uğrunda atdığı qətiyyətli addımlar haqqında geniş müzakirələr aparılır. Həmçinin tədbirlər zamanı Ulu Öndərin sayəsində 1993-cü ildə parçalanmaq təhlükəsi qarşısında qalan Azərbaycanın dövlət müstəqilliyini qoruması, möhkəmləndirməsi, ictimai-siyasi sabitlik təmin edilməsi kimi önəmli məqamlara xüsusilə toxunulur.
Böyük oğlunun tarixi xidmətlərini hər zaman dərin ehtiramla anan xalqımız Azərbaycanın qurtuluşuna və tərəqqisinə həyatını həsr etmiş ulu öndərin xatirəsini daim əziz tutur, onu böyük minnətdarlıq hissi ilə yad edir.
 

Keçidlər