Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda ümumi sığorta sahəsində maarifləndirmə və daşınmaz əmlakın icbari sığortası üzrə məlumatlandırma mövzusunda tədbir keçirilmişdir.

25 iyun 2019 | 16:00

Nərimanov rayonunda ümumi sığorta sahəsində maarifləndirmə və daşınmaz əmlakın icbari sığortası üzrə məlumatlandırma mövzusunda tədbir keçirilmişdir.

  Nərimanov Rayon İcra Hakimiyyətində ümumi sığorta sahəsində maarifləndirmə və daşınmaz əmlakın icbari sığortası üzrə məlumatlandırma mövzusunda tədbir kiçirilmişdir.
Tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin 5.2-ci Prioritetinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra Palata) tərəfindən maliyyə savadlılığının artırılması istiqamətində maarifləndirmə işinin təşkilidir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta fəaliyyətinə nəzarət departamentinin əməkdaşı İradə Deystani, sığorta şirkətlərinin nümayəndələri, idarə təşkilat rəhbərləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədr müavini Elsevər Tanrıverdiyev sığortalamanın, xüsusilə əmlakın icbari sığortası ilə əlaqədar maarifləndirmənin əhəmiyyəti barədə danışmışdır.

Keçidlər