Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü’’ nə həsr olunmuş tədbiri keçirilmişdir.

25 iyun 2019 | 16:00

“26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü’’ nə həsr olunmuş tədbiri keçirilmişdir.
25 iyun 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın “26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü’’ nə həsr olunmuş tədbiri keçirilmişdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə xanım Mahmudova, Komissiya üzvləri və təhsil-səhiyyə müəssisələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan İ.Mahmudova narkomaniyanın fəsadlarından, ona qarşı mübarizə üsullarından bəhs etmişdir. Öz tövsiyələrini vermişdir. Xüsusilə valideyinlərin və müəllimlərin uşaqların və gənc nəslin tərbiyəsində və mariflənməsində önəmli rol oynadıqlarını qeyd etmişdir. Hüquq-Mühafizə orqanlarının bu mübarizədə iştirakının önəmini qeyd etmişdir. Nərimanov Rayon Gənclər və İdman İdarəsinin gənclərin idmana və faydalı vərdişlərə yönəltməsinin təqdirə  layiq olduğunu bildirən İradə xanım hər kəsi diqqətli olmağa çağırmışdır.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf  Novruzov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyəsinə qarşı Mübarizə üzrə Komissiyanın məsul katibi  Nicat Məmmədov, 7 nömrəli uşaq yoluxucu xəstəlikləri xəstəxanasının həkimi Natavan Cəfərova, Loqos Psixoloji Nitq İnkişaf Mərkəzinin sədri Ümidə Rəhimova, 36 nömrəli məktəbin müəllimi  Zülfiyyə   Aslanbəyli çıxış etmişdilər.

Keçidlər