Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunun sosial-iqtisadi sahədə qarşıda duran vəzifələri barədə hesabat iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunun sosial-iqtisadi sahədə qarşıda duran vəzifələri barədə hesabat iclası keçirilib.
5 avqust 2019-cu il tarixdə Nərimanov rayonunun sosial-iqtisadi sahədə qarşıda duran vəzifələri barədə hesabat iclası keçirilib.
Rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən bələdiyyə, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari ilin iyul ayının 31-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyi bildirilib. Belə ki, rayon ərazisində hazırda “Pilot layihə” çərçivəsində 27 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirildiyi və 10 digər ünvanda isə bu prosesin sənədləşdirmə mərhələsində olduğu nəzərə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış "DOST İş Mərkəzi" MMC tərəfindən Nərimanov rayonunda abadlıq, təmizlik və yaşıllaşdırma işlərinin həyata keçirilməsi üçün 830 nəfərlik müvəqqəti iş yerlərinin yaradıldığı, altı ay ərzində işə qəbul olunmuş 658 nəfər işçinin Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sərəncamına verilərək rayonda aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərinə cəlb olunduğu, hazırda işsiz vətəndaşların yaradılmış müvəqqəti iş yerlərinə qəbul edilməsi istiqamətində işlərin davam etdirildiyi, bütün bunların ölkə prezidentinin əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biri olduğu vurğulanıb.
Ölkə və şəhər rəhbərliyinin tapşırığına əsasən, ilk olaraq Nərimanov rayonu ərazisində Pilot layihə əsasında tullantıların daşınaraq zərərsizləşdirilməsi prosesinin həyata keçirildiyi bildirilərək, Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkətinin hazırladığı konsepsiyaya uyğun olaraq rayon ərazisində 200 konteyner meydançasının rayon rəhbərliyinin böyük dəstəyi nəticəsində müasir üslubda yenidən qurulduğu, 250 konteyner meydançasında 1000 ədəd 1 m3 həcmli yaşıl və narıncı rəngdə plasmas materialından konteynerlər yerləşdirildiyi, (Bu konteynerlərdən 344 ədəd narıncı rəngdə plasmas materialından konteynerlər təkrar emala olunacaq tullantı materiallarının qablaşdırılmasını təmin edir.) və nəticə etibarı ilə, hazırda təkrar emal olunacaq tullantı materiallarının həcmində dinamik artım müşahidə olunduğu diqqətə çatdırılıb.
Eyni zamanda, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən 1380 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 15 səyyar görüş və qəbullar zamanı edilən 101 nəfərin 102 müraciətinin dinlənilərək həll edilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyi, icrası zaman tələb edən məsələlərin nəzarətə götürüldüyü, həmçinin, Qaynar xətt -“1643” xidmətinə 126 müraciətin daxil olduğu, onlardan əksəriyyətinin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verildiyi qeyd edilib.
Rayon Məşğulluq Mərkəzinin sektor müdiri Əfsanə Şeydayeva çıxışında müvafiq sahələrdə görülən işlər barədə məlumat verib.
Hesabat yığıncağında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin yüksək sosial-iqtisadi inkişafa nail olduğunu, dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri dilə gətirərək, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu söyləyib və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildirib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Nurlan Həsənova həmin ali mükafat təqdim edilib.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2019-cu il üçün nəzərdə tutulmuş bütün tədbirlər, tapşırıq və göstərişlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyini və gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.