Nərimanov rayon komandası Bakı şəhər çempionu oldu
Nərimanov rayonu ərazisində yerləşən 258 №-li tam orta məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXV spartakiadanın proqramına daxil olan stolüstü tennis növü üzrə keçirilən yarış başa çatmışdır. Yarışda 10 rayon komandası tərkibində 50 nəfər (onlardan 20 nəfəri qızlardır) məktəbli iştirak etmişdir. Yarışın nəticələrinə görə I yerə Nərimanov rayonu 258 №-li tam orta məktəbin, II yerə Qaradağ rayonu 273 №-li tam orta məktəbin, III yerə Sabunçu rayonu 169 №-li tam orta məktəbin komandaları layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri müvafiq dərəcəli diplomları və xatirə hədiyyələri ilə təltif olunmuşlar.