Nərimanov rayonu ərazisində bələdiyyə seçkilərinə hazırlıq dövründə təşviqat işlərinin təşkili haqqında Nərimanov Rayon İcra hakimiyyəti başçısının SƏRƏNCAMI
Azərbaycan Respublikası
Bakı şəhər Nərimanov Rayon İcra hakimiyyəti başçısının
SƏRƏNCAMI
№ 322 18.11.2019-cu il
Nərimanov rayonu ərazisində bələdiyyə seçkilərinə
hazırlıq dövründə təşviqat işlərinin təşkili haqqında
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13-cü fəslinin 86-cı maddəsini rəhbər tutaraq, bələdiyyə seçkilərinə hazırlıq dövründə bələdiyyə üzvlüyinə namizədlərin və vəkillərinin seçkiqabağı təşviqat işlərinin təşkili məqsədi ilə qərara alıram:
1. Nərimanov rayonu ərazisində, açıq yer olaraq, Araz küçəsi 4 ünvanında “Ulduz” metrostansiyasının qarşısındakı sahə, qapalı yer olaraq isə, Həsənoğlu küçəsi 2 ünvanında yerləşən əhalinin mədəni-kütləvi tədbirlər otağı müəyyənləşdirilsin.
2. Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (E.Həşimov) tapşırılsın ki, bələdiyyə üzvlüyinə namizədlərin və onların vəkillərinin seçicilərlə açıq və qapalı yerlərdə görüşlərinin texniki cəhətdən təminatı və təchizatı məsələlərini həll etsin.
3. Sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının birinci müavinininə (Ş.İbadov) həvalə olunsun.
4. Sərəncamın surətlərinin aidiyyəti üzrə çatdırılması Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə (Ə.Həsənov) tapşırılsın.
Abdin Fərzəliyev