Şriftin ölçüsü :

Saytın rəngi :

“Qardaşlıq məzarlığı” Memorial kompleksində torpağın götürülməsi mərasimi baş tutub.

04 dekabr 2019 | 16:00

“Qardaşlıq məzarlığı” Memorial kompleksində torpağın götürülməsi mərasimi baş tutub.

1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin qeyd olunması ilə bağlı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Məbədi tarixi-memorial kompleksində ümumi Qələbəyə əvəzolunmaz töhfəsini vermiş sovet əsgərlərinin dəfn olunduğu yerlərdən götürülmüş torpaq nümunələrinin qoyulması həyata keçiriləcəkdir.
Bununla əlaqədar olaraq Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nərimanov rayonu ərazisində yerləşən “Qardaşlıq məzarlığı” Memorial kompleksində torpağın götürülməsi mərasimi baş tutub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov və səfirliyinin əməkdaşları, YAP Nərimanov Rayon təşkilatının sədri Təmraz Tağıyev, digər rayonların icra hakimiyyətlərinin nümayəndələri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Fizuli Salahov, Müdafiə Nazirliyinin əməkdaşları, veteranlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən M.Boçarnikov torpaq nümunələrinin Moskvada, Tarixi-Memorial Kompleksdə toplanmasının Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinin daim uca tutulmasında istiqamətində əhəmiyyətindən danışmış və Azərbaycan Respublikası və rayon rəhbərliyinə bu prosesdə göstərdiyi köməkliyə görə öz təşəkkürünü bildirmişdir.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Böyük Vətən müharibəsində altı yüz mindən çox azərbaycanlının iştrak etdiyini və onlardan yarısından çoxunun Vətən uğrunda canlarından keçdiyini qeyd etmişdir. Ş.İbadov həmçinin vurğulamışdır ki, bütün cəbhə boyu yaralananların müalicəsi Azərbaycandakı hospitallarda həyata keçirilirdi. Bu xəstəxanalarda həyatını itirən əsgər və zabitlər bir hissəsi məhz Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” kompleksində dəfn olunmuşlar.
Daha sonra icra başçısının birinci müavini Ş.İbadov torpaq nümunələrini M.Boçarnikova təqdim etdi və tərəflər müvafiq protokol imzaladılar.
Yekunda mərasim iştirakçıları “Qardaşlıq Məzarlığı” memorial kompleksində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq, onların xatirəsini ehtiramla yad etmişlər.

Keçidlər