Nərimanov rayonunda Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.
3 Dekabr - Beynəlxalq Əlillər Günü ümummilli liderimiz Heydər Əliyevin müvafıq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri, sağlamlığı məhdud uşaqlar üçün xüsusi məktəblər, uşaq evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.
Bu gün Nərimanov rayonunun əlil olan vətəndaşları ilə “Mono Liza” restoranında Rayon İcra Hakimiyyətinin rəhbərliyinin nümayəndələrinin görüşü keçirilmişdir. Görüşdə əlil vətəndaşlar rastlaşdıqları çətinliklərdən danışmış, problemlərinın həlli yolları müəyyən edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova öz çıxışında Rayon İcra hakimiyyəti başçısı cənab Abdin Fərzəliyevin rayon sakinlərinə, xüsusən də imtiyazlı ailələrə göstərdiyi qayğı və köməkliləri barədə məlumat verdi. Əlillər Cəmiyyətinin Nərimanov Rayon şöbəsinin sədri Ayaz Əhmədov əlillərə göstərilə qayğıya və diqqətə görə dövlət rəhbərliyinə və İcra hakimiyyətinin rəhbərliyinə cəmiyyət üzvləri adından öz minnətdarlığını bildirdi.
Tədbirdə iştirak edən könüllülər əlilləri qayğı ilə əhatə etmişdirlər.