Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayəti qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

20 dekabr 2012 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı və bu əlaqələrin ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Həştərxana səfərini və səfər zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirakını məmnunluqla xatırlayan Prezident İlham Əliyev son illər ölkəmizlə Həştərxan vilayəti arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini vurğuladı.
Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin artmasından, iqtisadi əməkdaşlığın dinamik şəkildə inkişaf etməsindən məmnunluğunu bildirdi. Azərbaycanın Həştərxan vilayətində həyata keçirdiyi humanitar layihələrə görə minnətdarlığını ifadə edən qubernator Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə vilayətdə mühüm ekoloji layihənin həyata keçirilməsinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
 

Keçidlər