Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Həsən Əliyev küçəsində səkilərdə təmir-bərpa işləri həyata keçirilir.

29 iyun 2026 | 17:22

Nərimanov rayonu ərazisində məhəllə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, küçə və prospektlərdə səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər davam etdirilir.

Görülən işlər çərçivəsində rayonun əsas küçələrindən biri olan Akademik Həsən Əliyev küçəsinin səkilərində təmir-bərpa işləri həyata keçirilir.

Təmir və bərpa işləri zamanı səkilərdə tamet daşlarının dəyişdirilməsi, bəzi yerlərdə bardürlərin bərpa edilməsi nəzərdə tutulur.

Keçidlər