Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli, 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı Nərimanov rayonunda müvafiq tədbirlər həyata keçirilir.
Tədbirlərin əsas məqsədi Fəaliyyət Planının mahiyyəti barədə vətəndaşları məlumatlandırmaq, eləcə də “mygov” rəqəmsal hökümət platformasından istifadəyə təşviq etməkdir. Bu məqsədlə keçirilən səyyar qəbullar zamanı vətəndaşlara platformanın imkanları, elektron xidmətlərdən istifadə qaydaları və rəqəmsal sənədlərin əldə edilməsi barədə ətraflı məlumat verilmiş, maarifləndirici məlumat kitabçaları paylanılmışdır. Görüşlər zamanı “mygov” platformasının dövlət xidmətlərinə əlçatanlılığının artırılmasında və vaxt itkisinin azaldılmasında rolu diqqətə çatdırılmışdır.
Nərimanov rayonunda rəqəmsal savadlılığın artırılması, elektron xidmətlərdən istifadənin genişləndirilməsi və əhalinin “mygov” platformasına marağının artırılması istiqamətində maarifləndirmə tədbirləri davam etdirilməkdədir.






