Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevin ailəsi ziyarət olunub.

11 noyabr 2026 | 14:44

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycanın Milli Qəhrəmanı şəhid Samir Xasıyevin ailəsini ziyarət ediblər.

Samir 1992-ci ildə Vətənin çağırışına səs verərək könüllü olaraq cəbhəyə yollanır. O, 1993-cü ildə Füzuli, Ağdam, Ağdərə və Tərtərdə düşmənə qarşı döyüşlərdə fəal iştirak edir. Samir Xasıyev 1995-ci ildə Azərbaycanın dövlət quruluşunun müdafiəsi uğrunda qəhrəmancasına Şəhid oldu. O, ölümündən sonra Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Nərimanov RİH başçısı Elgin Həbibullayev şəhidin ailə üzvlərinə başsağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda əzizlərini itirən şəhid ailələrinə öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə diqqət və qayğısının birbaşa Ölkə rəhbərliyinin nəzarətində olduğunu diqqətə çatdırıb.

Şəhid Qəhrəman Samir Xasıyevin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər