Elgin Həbibullayev Olimpiadada qalib gələn şəhid övladlarını təbrik etdi.
25 aprel 2025 | 11:26
Türkiyədə keçirilən Türk Dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadasında Vətən müharibəsi şəhidi Əli Ələkbərovun övladları Nazlı və Əkbər Ələkbərzadələr böyük uğura imza atıblar. Nazlı Ələkbərzadə qızıl medal, qardaşı Əkbər Ələkbərzadə isə bürünc medal qazanaraq ailələrinin və ölkənin qüruruna çevriliblər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Nərimanov rayonunun sakinləri olan qaliblərlə görüşüb, onları təbrik edib və gələcəkdə uğurlar arzulayıb.
Gənclərin təhsilə olan marağı və əzmi xüsusi vurğulanıb. Onların nümunəvi gənc kimi yetişməsinin cəmiyyət üçün böyük əhəmiyyətinin olduğu qeyd olunub.