Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib.
Sentyabrın 18-də Bakının Nərimanov rayonunda yeni inşa edilən “Kəpənək” uşaq bağçasının açılışı olub. Mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
“Kəpənək” uşaq bağçasında 3-6 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil və qayğı xidməti olacaq. Burada 3-4, 4-5 və 5-6 yaş arasında qruplar fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil müəssisəsində yüksəkkeyfiyyətli təhsillə yanaşı, uşaqların hərtərəfli inkişafı və sosial tədbirlərdə fəal iştirakı da diqqət mərkəzində olacaq. “Kəpənək” bağçası uşaqlar üçün təhlükəsiz mühit olmaqla yanaşı, onların qayğı və sevgi ilə əhatə olunmasını hədəf götürüb. Bağçada uşaqların həm əqli, həm də kreativ inkişafı üçün dərsdənkənar fəaliyyət nəzərdə tutulub.