“Nəriman Nərimanov” metrosu və Təbriz küçəsi ətrafında yenidənqurma işləri sürətlə davam edir.
Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Nərimanov rayonunun Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrası sürətlə davam edir.
Layihə çərçivəsində metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi, piyadalar üçün yeni keçidlər təşkil olunur. Küçənin səki hissəsində piyadaların hərəkətinin daha komfortlu təşkil olunması məqsədilə mövcud səkinin genişləndirilməsi istiqamətində tədbirlər görülür. Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidlərinin təşkili, ağaclardan və yaşıllıqlardan ibarət xüsusi zolağın yaradılması, eyni zamanda ərazidə yeni parklanma sahəsinin salınması işləri həyata keçirilir.






