Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

10 iyun 2024 | 15:26

Konfransda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov və digər natiqlər ağsaqqalların rayonun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan söz açaraq, ağsaqqalların gələcəkdə də ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklərinə əmin olduqlarını bildiriblər. Tədbirdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbədən bir daha qürurla söz açılaraq, dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdikləri yüksək səylər sayəsində Qarabağımızla yanaşı, bütün ölkəmizin gündən-günə daha da gözəlləşdiyi və inkişaf eddiyi vurğulanıb.

Tədbirə rayon Ağsaqqallar şurasının hesabat məruzəsi ilə yekun vurulub.

Keçidlər