Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Elgin Həbibullayev sakinlərlə növbəti səyyar qəbul keçirmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı YAP Nərimanov rayon təşkilatının inzibati binasında rayon sakinləri ilə növbəti səyyar görüşü keçirib. Görüşdə RİH-in məsul şəxsləri ilə yanaşı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Səyyar qəbulda çıxış edən sakinlərin problemləri dinlənilmiş, onların rəy və təklifləri nəzərə alınmış, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılmış və yaxud aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilmiş, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat veriləcəyi bildirilmişdir.
Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.Vətəndaşlar rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.