Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti FHN ilə birgə müşavirə keçirib.

19 dekabr 2024 | 19:57

Nərimanov Rayon İcra Hakimiyyətində “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Nərimanov Rayon İcra Hakimiyyətinin yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbirin mövzusu rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, maarifləndirmə işlərinin təşkili, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Müşavirədə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sonra Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov və digər natiqlər çıxış edərək yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışaraq, mülki müdafiə sahəsində mövcud vəziyyət və çatışmazlıqlar, onların həlli yolları barədə ətraflı məlumat veriblər.

Keçidlər