Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli“ çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib.

24 oktyabr 2023 | 17:13

Tədbirdə elm xadimləri, ziyalılar və rayon ictimaiyətinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans iştirakçılarına Ümummilli Lider Həydər Əliyevə həsr olunmuş videofilm nümayiş olunub.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və digər natiqlər çıxış edərək, bugünkü qüdrətli Azərbaycanın Heydər Əliyev ideyalarının təntənəsi olduğunu, Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adının Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildiriblər.

Bütün ömrünü doğma Vətəninə və xalqına həsr edən dahi şəxsiyyətin vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi, 30 illik işğala hərbi-siyasi yolla son qoyuldu. Respublikamızın suverenliyi bərpa olundu.  

Bu gün Ulu Öndərin ruhu şaddır.

Keçidlər